Dünya

Peyvəndi olmayan turistlərin ABŞ-a girişinə qadağa qoyuldu

25 Noyabr 2021 20:42
0 Şərh     Baxış: 729
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2022-ci il yanvarın 22-dən etibarən ABŞ-a səfər edən bütün şəxslərin COVID-19-a qarşı peyvənd olunması tələb olunacaq.

Bu barədə "Associated Press" məlumat yayıb.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, turizm və zəruri hesab olunmayan digər məqsədlər üçün səfər edən əcnəbilər üçün vaksin tələbi noyabrın 8-dən qüvvədədir.

Yanvar ayından etibarən isə bu qayda ölkə sərhədlərini keçən bütün əcnəbilərə şamil ediləcək.

ABŞ vətəndaşları və bu ölkədə yaşamaq icazəsi olan şəxslər peyvəndləmə səviyyəsindən asılı olmayaraq ölkə ərazisinə daxil ola biləcəklər.

Qeyd edək ki, hazırda ABŞ-da 47 milyon peyvənd olunmamış yaşlı şəxs yaşayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.