Dünya

Bayden administrasiyası Pfizer şirkətindən COVID-19-a qarşı 10 milyon tablet almaq barədə razılığa gəlib

19 Noyabr 2021 21:54
0 Şərh     Baxış: 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Bayden bəyan edib ki, onun ölkəsi Pfizer şirkətindən COVID-19-a qarşı hələ təsdiq edilməmiş 10 milyon tablet almağa razılıq verib. Bu məhsulun göndərilməsi cari ilin sonunda başlanacaq və 2027-ci ildə başa çatacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bayden administrasiyası Ərzaq Məhsullarına və Dərmanlara Nəzarət İdarəsi və Xəstəliklərə Nəzarət və onların Profilaktikası mərkəzləri tərəfindən bəyənilmiş bütün müalicə metodlarının əlçatanlığını təmin etmək üçün zəruri tədbirlər görür.

Pfizer şirkətinin saytında dərc edilmiş məlumatda bildirilir ki, ABŞ hökuməti bu tabletlərin müqabilində təqribən 5,29 milyard dollar ödəyəcək.

Xatırladaq ki, bu ayın əvvəlində COVID-19-un tabletlər qəbul etmək yolu ilə müalicəsinin yeni üsulu tapılması elan edilib. Pfizer şirkətinin nümayəndələri bildiriblər ki, son klinik sınaqlar COVID-19 ilə bağlı xəstəxanaya düşmə və ölüm hallarının sayının 89 faiz azalmasını göstərib.

Pfizer şirkəti ABŞ-da COVID-19-a qarşı peroral dərman preparatı istehsal edən ikinci şirkətdir. Oktyabr ayında Merck şirkəti COVID-19-a qarşı özünün yaratdığı preparatı təqdim edib. Həmin tabletlərin klinik tədqiqatı COVID-19 səbəbindən xəstəxanaya düşmə və ölüm hallarının 50 faiz azaldığını göstərmişdi.

Ərzaq Məhsullarına və Dərmanlara Nəzarət İdarəsi bu ayın sonunda Merck preparatının təsdiq edilməsi barədə qərar qəbul etməyi planlaşdırır. Oktyabr ayında Ağ ev elan etmişdi ki, ABŞ 1,7 milyon doza Merck tabletlərinin alınması barədə razılığa gəlib. Zəruri hallarda bu rəqəm artırıla bilər.

Bayden öz bəyanatında bildirib ki, müalicə ABŞ-ın sərəncamında olan daha bir mühüm vasitə kimi pandemiyanın başa çatmasını sürətləndirə bilər. Lakin Prezident vurğulayıb ki, ən güclü vasitə vaksinlərdir və hələ vaksinasiyadan keçməyənlərin hamısını bunu etməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.