Dünya

Bu ölkə koronavirusdan zərər görmüş iqtisadiyyata fantastik həcmdə vəsait ayırır

19 Noyabr 2021 10:24
0 Şərh     Baxış: 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya koronavirus pandemiyasından zərər çəkən ölkə iqtisadiyyatını stimullaşdırmaq məqsədi ilə yeni tədbirlər paketi hazırlayıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu məqsədlə ölkə iqtisadiyyatına təxminən 78,9 trilyon yen (691,5 milyard dollar) ayrılacaq.

Vəsaitin bir hissəsi özəl investisiyalar hesabına həyata keçiriləcək.

Qeyd olunur ki, vəsaitin həcmi iqtisadçıların gözləntilərindən demək olar ki, iki dəfə artıqdır.

Bu vəsaitlərdən istifadə edərək Yaponiya hökuməti əhaliyə və biznesə iqtisadi dəstəyi artırmaq niyyətindədir.

O cümlədən, Yaponiyada himayəsində 18 yaşınadək uşağı olan ailələrə hər uşağa görə 100 min yen (təxminən 880 dollar) məbləğində müavinət veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.