Dünya

"Taliblər" yüzlərlə əfqan hərbçini həbsxanalarda saxlayır

13 Noyabr 2021 18:12
0 Şərh     Baxış: 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ordu hərbçilərini həbsxanalarda saxlayır.

Bunu respublikanın keçmiş vitse-prezidenti Əmrullah Saleh "Twitter" səhifəsində yazıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, siyasətçi "Taliban"ı İŞİD-in yüzlərlə üzvünü saxladığı barədə dediklərini yalan adlandırıb. Onun sözlərinə görə, həbsxanalarda Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin hərbçiləri, hüquq müdafiəçiləri və Taliban rejimi ilə razılaşmayan əfqanlar var.

Saleh onu da vurğulayıb ki, yaraqlılar hələ də jurnalistlərin cəzaçəkmə müəssisələrinə getməsinə icazə verməyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.