Hadisə

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20 Noyabr 2025 17:22
Baxış: 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində İrandan uçuş aparatı vasitəsilə narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Milli.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 33 kiloqram 345 qram narkotik vasitə (29 kq 575 qram marixuana; 3 kq 125 qram metamfetamin; 565 qram tiryək; 80 qram metadon suyu) və 6758 ədəd narkotik tərkibli metadon M - 40 həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.