Dünya

Paşinyan Qazaxıstanda səfərdədir

20 Noyabr 2025 17:55
Baxış: 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana rəsmi səfərə gedib.

Milli.Az xəbər verir ki, Paşinyanı Astanada hava limanında Qazaxıstanın Baş naziri Oljas Bektenov qarşılayıb.

Səfər çərçivəsində 21 noyabr tarixində iki ölkə rəsmiləri arasında bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Paşinyan səfəri zamanı "Astana Expo" sərgi meydançasında yerləşən "alem.ai" beynəlxalq süni intellekt mərkəzinə, eləcə də Qazaxıstan Milli Muzeyinə baş çəkəcək.

Milil.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.