Kulinariya

Ucuz olsun deyə texniki silikondan hazırlayırlar, hamı da "bəh-bəh"lə yeyir

20 Noyabr 2025 21:00
Baxış: 455
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çoxları mətbəxdə istifadə etdiyi silikon şirniyyat bişirmə formalarının təhlükəli ola biləcəyindən xəbərsizdir.

Milli.Az xəbər verir ki, bunu rusiyalı kimyaçı Aleksandr Mixalev deyib.

"Belə məhsulların rəsmi sertifikasiyası yoxdur. Buna görə də istehsalçılar qida üçün nəzərdə tutulan silikonu texniki silikonla əvəz edə bilirlər".

Mixalev deyir ki, texniki silikon xüsusilə onlayn alışlarda tez-tez rast gəlinir. Keyfiyyətli forma heç bir qoxu verməməlidir. Hər hansı kəskin və ya texniki qoxu məhsulun təhlükəli olduğunun göstəricisidir. Həmçinin peşəkar, istiliyədavamlı formalar əsasən üç rəngdə olur: qara, ağ və ya kərpic-qırmızı. Digər rənglər qarışığın tərkibində lazım olan stabilizatorların olmadığını göstərir. Keyfiyyətli silikon elastik olur və tez öz formasına qayıdır.

"Silikon formaları yağlamaq olmaz, çünki yağ onların strukturunu zədələyir. Formanı iti bıçaqla kəsmək də düzgün deyil. Yumaq üçün isə yumşaq təmizləyici vasitələrdən istifadə etmək məsləhətdir", - o, düzgün istifadə qaydalarını qeyd edib. 

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.