Ölkə

Bir nəfər 2 məktəbə direktorluq edir? - rəsmi açıqlama

20 Noyabr 2025 22:19
Baxış: 359
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Binəqədi rayonu 144 nömrəli tam orta məktəbinin direktoru İlahə Aftandil qızı Həmidovanın eyni vaxtda başqa bir məktəbdə də direktor vəzifəsini daşıması valideynlərin narazılığına səbəb olub.

Milli.Az xəbər verir ki, bununla bağlı Oxu.az-a şikayət daxil olub.

Qeyd olunub ki, İlahə Həmidova həm də Xocəsən qəsəbəsində yerləşən 333 nömrəli tam orta məktəbində direktorun səlahiyyətlərini icra edir.

Şikayət məktubunda iddia edilib ki, direktor səlahiyyətlərini icra etməyə başlayandan məktəbin direktor müavini və digər şəxslərlə birlikdə təhsil müəssisəsində korrupsiya və qanunsuz əməllərlə məşğul olur. Məktəbdə adına 12 saat dərs yazılan müəllimin müəssisəyə gəlmədən dərsi onlayn idarə etməsinə şərait yaradır.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 333 nömrəli tam orta ümumtəhsil məktəbinə dair qeyd olunan iddialarla bağlı idarə tərəfindən araşdırma aparılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.