Maraqlı

Radiatorun üzərinə qoyun – rahatlıq və hüzuru həmin an hiss edin

20 Noyabr 2025 23:45
Baxış: 514
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qış aylarında evdəki radiator yalnız istilik mənbəyi deyil, düzgün istifadə edildikdə ev atmosferini sakitləşdirən təbii bir aromaterapiya vasitəsinə çevrilə bilər. Bunun üçün sizə sadəcə kiçik parça kisə və bir neçə quru bitki kifayətdir.

Milli.Az xəbər verir ki, kisənin içinə doğranmış dəfnə yarpağı doldurub radiatorun üzərinə qoyduqda, istiliyin təsiri ilə bitkinin aromatik yağları yavaş-yavaş otağa yayılır. Eyni üsulu qurudulmuş adaçayı və ya lavanda ilə də tətbiq etmək mümkündür. Ətiri gücləndirmək istəyənlər kisəyə bir neçə damla portağal, berqamot və ya rozmarin yağı əlavə edə bilər.

Radiator isinməyə başladıqca aroma yüngül şəkildə buxarlanır və qısa müddətdə otaqda yumşaq, sakit və təmiz bir atmosfer yaranır.

Bazarda satılan otaq ətirləri və şamlar xoş qoxu versə də, tərkibindəki sintetik maddələr bəzən boğazda yanma, göz qıcıqlanması və ya nəfəs darlığı kimi reaksiyalar yarada bilər. Təbii bitkilərlə hazırlanan aromaterapiya isə daha təhlükəsizdir və çox daha yumşaq qoxu yayır. Bu səbəbdən yataq otağı və ya uşaq otağı kimi həssas məkanlarda belə rahatlıqla istifadə oluna bilər.

Hazırladığınız kisəni hər bir neçə həftədən bir yeniləmək kifayətdir. İstəyə görə müxtəlif bitkilər qarışdıraraq öz xüsusi qoxunuzu da yarada bilərsiniz:

Lavanda + adaçayı: Sinirləri sakitləşdirir, rahat yuxuya kömək edir.

Rozmarin + limon qabığı: Canlandırıcı və diqqəti artıran təsir göstərir.

Dəfnə yarpağı mətbəxdə geniş istifadə olunsa da, tərkibindəki uçucu yağlar sayəsində sakitləşdirici və rahatladıcı təsirə malikdir. İlıq istiliklə təmasda olduqda bu yağlar havaya qarışır, stressin azalmasına və zehinin dincəlməsinə kömək edir.

Radiator üzərində isinən bitkilər:

  • Otağı təravətləndirir
  • Gərginliyi azaldır
  • Evə təbii və isti bir ab-hava gətirir

Üstəlik, bunun üçün heç bir elektrikli diffuzora, kapsula və ya kimyəvi otaq spreylərinə ehtiyac yoxdur.

Rahatlamaq üçün bir neçə əlavə təbii üsul

Melisa, ıhlamur və ya çobanyastığı çayı içmək bədəni daxildən sakitləşdirir.

İsti tonlarda masa lampası yandırmaq mühiti yumşaldır.

Təbiət səsləri və ya yüngül musiqi psixoloji rahatlamanı sürətləndirir.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.