Maraqlı

Kömür kimi qara yumurtalar qızıldan da dəyərlidir: 195 manata satılır - FOTO

21 Noyabr 2025 00:12
Baxış: 415
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada nadir rast gəlinən Cayuga ördəyinin yumurtası həm görünüşü, həm də xüsusiyyətləri ilə kolleksiya məhsullarını belə kölgədə qoyur. Tamamilə qara rəngi ilə seçilən bu xüsusi yumurtalar son dövrdə qlobal bazarda böyük maraq cəlb edir. Yalnız üzvi təsərrüfatlarda və məhdud sayda istehsal edilən Cayuga yumurtaları yüksək antioksidant tərkibi ilə də diqqət çəkir.

Milli.Az xəbər verir ki, xaricdə satışa çıxarılan 12 ədədlik Cayuga yumurtası paketi 114,84 dollara təklif olunur. Bu da hazırkı məzənnə ilə təxminən 195 manat edir. Bir yumurtanın qiyməti isə təxminən 16 manata bərabərdir. Bu səbəbdən Cayuga yumurtası bəzi ölkələrdə "qızıldan da dəyərli" adlandırılır.

Cayuga ördəyinin yumurtalarının ən diqqətçəkən xüsusiyyəti onların kömür kimi qara qabığa sahib olmasıdır. Bu rəng ördəyin genetik piqment quruluşundan qaynaqlanır.

Yumurtalar təzə olanda demək olar ki, mürəkkəb qədər qara olur, inkubasiya müddəti uzandıqca isə rəng açılaraq boz tonlara keçir.

Yüksək qida dəyərinə malik Cayuga yumurtaları zülal, təbii antioksidant və yaxşı xolesterin baxımından olduqca zəngindir.

Cayuga ördəklərinin istehsalı məhdud olduğundan yumurta məhsuldarlığı də aşağıdır. Üzvi şəkildə bəslənən və geniş sahələrdə yetişdirilən bu cins digər ördək növləri ilə müqayisədə il ərzində daha az yumurta qoyur. Bu səbəbdən yumurtaların qiyməti hər il artmağa davam edir.

Cayuga ördəyi haqqında maraqlı məlumatlar

  • Adını ABŞ-nin Nyu-York ştatındakı Cayuga gölündən götürüb.
  • Amerikanın az sayda yerli ördək növlərindən biridir.
  • Parlaq, metalik yaşıl-qara rəngli lələkləri ilə tanınır.
  • Dözümlü və sakit təbiətli olduğundan təsərrüfatlarda asanlıqla yetişdirilə bilir.
  • Dişi Cayuga ördəkləri 2,5-3 kq, erkəklər isə 3,8 kq-a qədər böyüyür.
  • Dişi ördəklər mövsümün əvvəlində qara, mövsüm irəlilədikcə açıq mavi və ya boz tonlarda yumurta qoyur.
  • Bala Cayugaların dimdik və ayaqları qara, tükələri isə çox tünd rəngdə olur.
  • Bəzən döş hissələrində sarı ləkələrə rast gəlinir.

Nadirliyi, yüksək qida dəyəri və qeyri-adi görünüşü ilə Cayuga ördəyinin qara yumurtaları dünya üzrə ən ekzotik məhsullardan biri sayılır. Mütəxəssislər bu yumurtalara tələbin artması ilə qiymətlərin gələcəkdə daha da yüksələ biləcəyini bildirirlər.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.