Dünyada nadir rast gəlinən Cayuga ördəyinin yumurtası həm görünüşü, həm də xüsusiyyətləri ilə kolleksiya məhsullarını belə kölgədə qoyur. Tamamilə qara rəngi ilə seçilən bu xüsusi yumurtalar son dövrdə qlobal bazarda böyük maraq cəlb edir. Yalnız üzvi təsərrüfatlarda və məhdud sayda istehsal edilən Cayuga yumurtaları yüksək antioksidant tərkibi ilə də diqqət çəkir.
Milli.Az xəbər verir ki, xaricdə satışa çıxarılan 12 ədədlik Cayuga yumurtası paketi 114,84 dollara təklif olunur. Bu da hazırkı məzənnə ilə təxminən 195 manat edir. Bir yumurtanın qiyməti isə təxminən 16 manata bərabərdir. Bu səbəbdən Cayuga yumurtası bəzi ölkələrdə "qızıldan da dəyərli" adlandırılır.
Cayuga ördəyinin yumurtalarının ən diqqətçəkən xüsusiyyəti onların kömür kimi qara qabığa sahib olmasıdır. Bu rəng ördəyin genetik piqment quruluşundan qaynaqlanır.
Yumurtalar təzə olanda demək olar ki, mürəkkəb qədər qara olur, inkubasiya müddəti uzandıqca isə rəng açılaraq boz tonlara keçir.
Yüksək qida dəyərinə malik Cayuga yumurtaları zülal, təbii antioksidant və yaxşı xolesterin baxımından olduqca zəngindir.
Cayuga ördəklərinin istehsalı məhdud olduğundan yumurta məhsuldarlığı də aşağıdır. Üzvi şəkildə bəslənən və geniş sahələrdə yetişdirilən bu cins digər ördək növləri ilə müqayisədə il ərzində daha az yumurta qoyur. Bu səbəbdən yumurtaların qiyməti hər il artmağa davam edir.
Cayuga ördəyi haqqında maraqlı məlumatlar
Nadirliyi, yüksək qida dəyəri və qeyri-adi görünüşü ilə Cayuga ördəyinin qara yumurtaları dünya üzrə ən ekzotik məhsullardan biri sayılır. Mütəxəssislər bu yumurtalara tələbin artması ilə qiymətlərin gələcəkdə daha da yüksələ biləcəyini bildirirlər.
Lalə Qüdrətova
Milli.Az