Tərk edildikdən sonra ölən Nurcanla bağlı Rəsmi açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial Xidmətlər Agentliyi "Təmiz Dünya" Qadınlara Yardım İB-də vəfat edən 16 yaşlı Nurcanla bağlı açıqlama yayıb.
Milli.Az xəbər verir ki, açıqlamada deyilir:
"Bildiririk ki, 21 avqust 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qohumlarının evindən qaçan Nurcan Elşad qızı Cəfərova barəsində məlumat daxil olub.
Tərəfimizdən uşağın mənafeyinin qorunması məqsədilə dərhal tədbirlər görülüb və qiymətləndirilməsi aparılıb.
Məlum olub ki, Nurcanın anası Vüsalə Orucova 2014-cü ildə vəfat edib, atası isə Rusiyada yaşayır.
Uşağın xalası Turanə Həsənova müxtəlif səbəblərdən ona qayğı göstərmək istəmədiyini bildirib".
Bildirilir ki, qiymətləndirmə prosesində Nurcan da xalasının ailəsinə geri qayıtmaq istəmədiyini qeyd edib:
"Nurcan Cəfərovanın təhlükəsizliyinin təmin edilməsi və mənafeyinin qorunması məqsədilə o, Agentliyin 11.09.2025-ci il tarixli qərarı ilə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib və sığınacaq tərəfindən uşaqla sosial-psixoloji reabilitasiya işləri aparılıb.
Həmçinin uşağın gələcək hüquqi statusunun müəyyənləşdirilməsi və ona himayəçi təyin olunması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinə Agentlik tərəfindən sorğu göndərilib. Cavab məktubuna əsasən Nurcan Cəfərova üçün himayəçi təyin edilə biləcək şəxs müəyyən edilməyib".
Qeyd olunub ki, Nurcan sığınacaqda olduğu müddətdə mütəmadi olaraq xalası ilə telefon əlaqəsi saxlayıb:
"Atası Elşad Səfərov ölkəyə qayıtdıqdan sonra 18.11.2025-ci il tarixində uşaqdan rəsmi qaydada imtina edib.
Sosial Xidmətlər Agentliyinin kollektivi olaraq baş vermiş faciəvi hadisə ilə bağlı kədərləndiyimizi bildirir, Nurcana Allahdan rəhmət diləyirik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Taksilərin ən bahalı olduğu şəhərlər
-
"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Bəyin üzünü ilk dəfə toyda gördü: Kefi pozuldu - (Video)
-
Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...
-
“Yakışıklı mısırcı” bir reklamdan sərvət qazandı - (Foto/Video)
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Yasamal və Abşeronda işıq olmayacaq
-
Oyunda olarkən Bruno Fernandeşin evi qarət edildi
-
Parisin iki rayonunda komendant saatı tətbiq edilib
-
Günün qoroskopu: Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız
-
Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Tünzalə Ağayevanın təmtəraqlı yubileyindən (Video)
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
Xırdalanda evlər ucuzlaşıb - (Video)
-
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
-
Zelenski müsahibə zamanı ağladı - (Video)
-
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
-
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
-
Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
-
Sabah Binəqədidə qaz olmayacaq
-
"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
-
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
-
Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
Tramp anlaşılmaz səslər çıxardı - (Video)





