Səhiyyə

Gələn ildən bəzi xidmətlər İcbari Tibbi Sığorta zərfindən çıxarıla bilər - RƏSMİ

20 Noyabr 2025 13:48
Baxış: 1 287
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Gələn il ola bilər ki, bəzi xidmətlər İcbari Tibbi Sığorta zərfindən çıxarılsın".

Milli.Az xəbər verir ki, bunu Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya-Sümük İliyi Transplantasiyası Mərkəzinin açılışına dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

Qeyd edib ki, TƏBİB tibbi xidməti verən bir qurumdur. İcbari Tibbi Sığorta Agentliyi də göstərilən tibbi xidmətin qarşılığını, yəni dəyərini verir. 

"Və bu günə qədər də bu proses belə davam edir. Xidməti TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi tərəfindən ödənilir. TƏBİB də o büdcə daxilində o xidmətlərin qarşılığını, mövcud olan xidmətləri verir".

Nəzərə çatdırıb ki, büdcənin azalması ilə bağlı İcbari Tibbi Sığorta Agentliyi tərəfindən müzakirələr hələ davam edəcək.

"Ölkəmizdə sığortalı və sığortalı olmayan kütlə yaradılıb. Sığortalı olmayan kütlə sığorta haqqını ödədikdən sonra sığortalı hesab olunacaqdır. Sığortalı hesab olunacaqdır. Və buna görə də, vətəndaşların bu bölgüsü ilə bağlı İcbari Tibbi Sığorta Agentliyində müzakirələr aparılır. İlin sonuna qədər nəticələr bəlli olacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək".

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.