Dünya

COP30-un keçirildiyi ərazidə yanğın baş verib - FOTO

21 Noyabr 2025 00:24
Baxış: 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) iqlim konfransında yanğın baş verib. Təşkilatçılar nümayəndə heyətini, jurnalistləri və işçiləri təcili olaraq təxliyə etməyə məcbur olublar.

Milli.Az xəbər verir ki, hadisə mərkəzin milli və tematik stendlərinin yerləşdiyi sərgi zonasında baş verib.

İlkin məlumatlara görə, yanğına elektrik nasazlığı səbəb ola bilər, lakin rəsmi səbəb hələ təsdiqlənməyib.

Yanğın tez bir zamanda söndürülüb; xəsarət alan olmayıb, lakin konfrans müvəqqəti olaraq dayandırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.