İslamiada: Güləşçilərimiz daha 3 medal qazandı - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında güləş yarışı davam edir.
Milli.Az xəbər verir ki, bu gün sərbəst güləşdə 2, qadın güləşi üzrə isə 3 çəkidə mübarizə baş tutub.
Sərbəst güləş
İslam Bazarqanov (57 kq) ilk görüşündə iranlı Ali Momenijujadehə 4:2 hesabıyla, daha sonra isə əfqanıstanlı Sayed Zazayı tam üstünlüklə (11:0) məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə qırğızıstanlı Abdumalik Karaçova 3:9 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb.
Əli Rəhimzadə (65 kq) debütdə türkiyəli Ahmet Dumana 5:1 hesabıyla qalib gəldikdən sonra misirli Səid Elqaşa heç bir şans tanımayıb - 10:2. Yarımfinalda iranlı 2 qat dünya çempionu və olimpiya mükafatçısı Rəhman Amuzada (0:7) uduzan həmyerlimiz bürünc medal uğrunda özbəkistanlı Ümidcan Cəlalovla güləşib və məğlub olub - 3:8.
Qadın güləşi
Ruzanna Məmmədova (62 kq) finaladək çeviklik və yüksək güləş texnikası nümayiş etdirib. O, ilk qarşılaşmasında fələstinli Ayla Mayalini vaxtından əvvəl (10:0) xalçadan məyus yola salıb. Daha sonra isə özbəkistanlı Nigina Sabirova üzərində inamlı qələbə qazanıb - 6:0. Ruzanna həlledici görüşdə nigeriyalı Ester Kolavole ilə üz-üzə gəlib. Məmmədova təcrübəli rəqiblə görüşdə əzmkar güləş sərgiləsə də, son saniyələrdə qələbəni əldən verib və debüt etdiyi İslamiadanı gümüş medalla başa vurub.
Nigar Mirzəzadə (68 kq) yarışa inamlı start verib. O, indoneziyalı Desi Sintaya 12:7 hesabıyla qalib gələrək yarımfinala yüksəlsə də, qırğızıstanlı Meerim Jumanazarovayla bacarmayıb - 1:12. Nigar bürünc medal uğrunda banqladeşli Həlimə Akterlə qarşılacaq.
Zəhra Kərimzadə (76 kq) startda özbəkistanlı Sevincçoy Polvonovanı mübarizədən kənarlaşdırıb - 5:0. Gənc güləşçimiz 1/4 finalda kamerunlu Vilita Pelaqiyeyə uduzub - 0:10. Banqladeşli Həlimə Akter bürünc medal görüşünə çıxmadığı üçün Mirzəzadə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Sabah son 4 sərbəst güləşçimiz mübarizə aparacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi
-
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)
-
"Trabzonspor"un prezidenti mərc oyunlarına görə cəzalandırıldı
XƏBƏR LENTİ
-
Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
-
“Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Nüşabə Ələsgərli
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
-
Banklara kibertəhlükələr barədə məlumat verilib - (Video)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi
-
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda iki nəfəri əqrəb sancdı
-
Azərbaycanda balıq bahalaşdı - Qiymət
-
Sabah Yasamal, Nizami və Binəqədidə işıq olmayacaq
-
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)
-
Sabah Hökməli–Qobu–Güzdək yolunda hərəkət tam məhdudlaşdırılacaq
-
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir





