Dünya

Qarabağdakı ermənilər azalır - Rus sülhməramlıları narahatdır

15 Oktyabr 2021 13:06
1 Şərh     Baxış: 1 884
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əldə etdiyimiz məlumata görə, Rusiya hakimiyyəti və Qarabağda yerləşən rus sülhməramlıları Qarabağdakı mühacirət dərəcəsindən çox narahatdır".

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

Qəzet qeyd edir ki, Rusiya tərəfi mühacirətin Qarabağın demoqrafik mənzərəsini dəyişə biləcəyinə inanır. Düşünürlər ki, Qarabağ ermənilərinin bu əraziləri tərk etməsi nəticəsində insanların yaşamadığı torpaqların qorunmasına artıq ehtiyac olmayacaq.

"Hraparak" qeyd edir ki, sülhməramlıların 5 illik yerləşdirmə müddəti başa çatanda Qarabağdakı ermənilərin sayının kəskin azaldığı fakt olaraq ortaya çıxa bilər ki, bu da Ermənistan üçün ciddi problem sayılmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.