Berlin, 9 sentyabr 2025 - Hotel Continental - Art Space in Exile sənətsevərləri Qazaxıstanlı sənətçi Anna Kin tərəfindən hazırlanmış "ღ" (oxunuşu: ghani) adlı total instalyasiyanın açılışına dəvət edir. Sərgi 9 sentyabr saat 19:00-da baş tutacaq. Bu barədə məlumatı layihənin Azərbaycandan olan kuratoru Züleyxa İbad təqdim edib.
Layihə müxtəlif bölgələrdən əlifbaların çoxkanallı videolarını təqdim edir və dilin emosional və bədən təcrübələrimizi necə hərəkətə gətirdiyini araşdırır. Aşağı işıqlanmış məkanda instalyasiya tamaşaçıları yaddaş, dil və tarixi travma mövzularının səs, hərəkət və formalar vasitəsilə araşdırıldığı düşüncəli mühitə dəvət edir. Şəxsi tarixlərə və şifahi yaddaşa əsaslanan layihə diaspor təcrübələrini daha geniş mədəni söhbətə çevirir.
Sərgi ilə yanaşı "Dinləyən Nəqllər" adlı ictimai proqram da keçiriləcək.
11 sentyabr, 19:00 - Dr. Banu Çiçek Tülü (Türkiyə): "Səsi Queer Etmək: Sözlərdən və Bədəndən Kənar Dil"
13 sentyabr, 18:00 - Nikolay Karabinovych (Ukrayna): "Qızıl Parça Sahəsi: L - Labubu, C - Curtis Yarvin və İş Mərkəzində gizli saxlanc"
Anna Kin - Almatıdan olan tədqiqatyönümlü sənətçidir. Yeni media, sosial yönümlü incəsənət və performativ formatlarda işləyir. Onun praktikası Mərkəzi Asiya və Şərqi Avropada dillərin post-kolonial dəyişikliklərini araşdırır və kollektiv şəfa üçün radikal vasitələr təklif edir.
Züleyxa İbad - müasir incəsənət təcrübələrinin mədəni, ekoloji və tarixi kontekstlərlə kəsişməsinə fokuslanan beynəlxalq kurator və mədəni menecerdir. O, Avropa, Qafqaz və ABŞ-da sərgilər, seminarlar və ictimai proqramlar təşkil edib, müztəlif institutlarla əməkdaşlıq edib.
Layinə 16 sentyabr kimi davam edəcək. Prodüser - Lev Tarikov.
Milli.Az