Mədəniyyət

XVI Bakı Beynəlxalq Film Festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib - FOTO

10 Dekabr 2025 19:05
Baxış: 163
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nizami" Kino Mərkəzində Gənc Kinorejissorlar Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Azərbaycan Kino Agentliyinin dəstəyi ilə keçirilən 16-cı Bakı Beynəlxalq Film Festivalının - Baku International Film Festival - təntənəli mükafatlandırma mərasimi baş tutub. Bu il festival "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcılıq Həftəsi - 2025" çərçivəsinə daxil olan beynəlxalq kino proqramı Baku Cinema Breeze 2025 layihəsi çərçivəsində keçirilib.

Beş gün ərzində 34 ölkədən 78 film nümayiş etdirilib. Film göstərimləri bütün tamaşaçılar üçün açıq olub.

"Festival hər il müxtəlif ölkələrdən olan kinorejissorları və sənət nümayəndələrini bir araya gətirir, müasir müəllifləri stimullaşdırır, onların yaradıcılığını təqdim etməsi, təcrübə mübadiləsi və peşəkar inkişafı üçün geniş imkanlar yaradır. Ötən ildən etibarən festival tammetrajlı filmlər müsabiqəsini də özünə daxil edir və hər biri ayrı münsiflər heyəti tərəfindən qiymətləndirilən dörd müsabiqə proqramı təqdim edir", - deyə Baku International Film Festivalının direktoru Fəxruz Şamıyev bildirib.

Beynəlxalq Debüt Tammetrajlı Bədii Filmlər proqramında 10 film iştirak edib. Bu bölməni aşağıdakı münsiflər heyəti qiymətləndirib: Nadir Badalov (Azərbaycan), Niki Kerimi (İran), Zeynep Atakan (Türkiyə) və İqor Sukman (Belarus).

Beynəlxalq qısametrajlı filmlər müsabiqəsinin münsifləri Faruk Güven (Türkiyə), Rüfət Əsədov (Azərbaycan) və Karmen Grey (Yeni Zelandiya) olub.

"Asiya istedadları" müsabiqəsinin münsiflər heyətinə isə Əli-Səttar Quliyev və Daniyel Quliyev (Azərbaycan), Roman Dorofeyev (Rusiya) daxil olub.

Milli müsabiqədə 16 qısametrajlı bədii və sənədli film, eləcə də 5 tələbə işi təqdim olunub. Münsiflər heyətinin tərkibi: Fariz Əhmədov, Rza Siyami, Fəridə Cəlilova və Sevda Sultanova.

Festival çərçivəsində proqramdankənar nümayişlər də keçirilib. "Bizim dilimiz" proqramında dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz tərəfindən Azərbaycan dilində çəkilmiş filmlər təqdim olunub. Festivalın British Council ilə əməkdaşlığı BAFTA mükafatına namizəd filmlərin hər il xüsusi şəkildə nümayiş etdirilməsinə şərait yaradır.

Festivalın baş mükafatı **"Qızıl Nar"**dır. Bundan əlavə, müxtəlif nominasiyalar üzrə qaliblərə xüsusi mükafatlar və diplomlar təqdim edilib.

XVI Bakı Beynəlxalq Film Festivalının qalibləri 
Beynəlxalq Debüt Tammetrajlı Bədii Film müsabiqəsi
Ən yaxşı film - "Öyrənilən dərs" / Rejissor: Balint Szimler / Macarıstan  
Ən yaxşı rejissor - "Karst" / Rejissor: Suiyi Yang / Çin   
Ən yaxşı ssenari - "Bağlar, köklər, ehtiraslar" / Ssenarist: Ferit Karahan. Rejissor: Sunay Tərzioğlu / Türkiyə
Ən yaxşı təsvir rejissoru - "Sahə gözətçisi" / Təsvir rejissoru: Morteza Gafouri. Rejissor: Seyed Mohamad Reza Xeradmandan/ İran  
Münsiflər heyətinin xüsusi mükafatı - "Çəyirtkənin öpüşü" / Rejissor: Elmar Imanov / Almaniya, İtaliya, Lüksemburq 
Beynəlxalq Qısametrajlı Film müsabiqəsi 
Ən yaxşı bədii film - İki bəhanə ilə / Rejissor: Samah El Kadi / Livan  
Ən yaxşı sənədli film - Yer qaçanda / Rejissor: Frederico Lobo / Portuqaliya 
Ən yaxşı animasiya filmi - Gəlirli yer / Rejissor: Aleks Maximov  / Belarus
Ən yaxşı bədii film rejissoru - Performans / Rejissor: Balint Kenyeres / Macarıstan, Fransa

Münsiflər heyətinin xüsusi qeydi: 
Mayın son bazar günü / Rejissor: Alexandro Bordie / Lüksemburq
Balet rəqqaslarının kəndi / Rejissor: Fatih Diren / Türkiyə
"Asiya istedadları" müsabiqəsi

Ən yaxşı film - Qəlib / Rejissor: Məhəmməd Rza Nurmandipur / İran
Münsiflər heyətinin mükafatı - Maral dişi / Rejissor: Saif Hammaş  / Fələstin
Münsiflər heyətinin xüsusi qeydi - Həyatda bir gün / Rejissor: Ye Ouyang / Çin

Yerli müsabiqənin qalibləri  
Ən yaxşı bədii film- "Erkən hisslər" / Rejissor: Nurlan Həsənli
Ən yaxşı rejissor-  "Dərədə"  / Rejissor: Əbülfəz İskəndərov  
Ən yaxşı sənədli film-  "Yaddaş sarayları" / Rejissor: Mətləb Muxtarov 
Ən yaxşı tələbə filmi- "Məhkəmə" / Rejissor: Orxan Babayev  
Münsiflər heyətinin diplomu - "Loca Tacentia" / Rejissor: Rəna Əhmədova
Münsiflər heyətinin xüsusi qeydi - Vüsalə Qasımova "Qayıtdım" filminin təsvir rejissoru / Rejissor: Məhəmməd Məmmədov

Münsiflər heyətinin xüsusi qeydi - Nigar Süleyman  "Orijinal musiqisi və kino 
sahəsində məhsuldar fəaliyyətinə görə" 

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.