Mədəniyyət

Qəbələdə fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq

2 Mart 2026 15:09
Baxış: 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə martın 4-də Qəbələ şəhər uşaq incəsənət məktəbində ustad dərsləri keçiriləcək.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşan, fortepiano və tar ixtisaslarını əhatə edən ustad dərslərində idarənin tabeliyindəki məktəblərin müvafiq ixtisaslar üzrə müəllim və şagirdlərinin iştirakı nəzərdə tutulur.

Fortepiano ixtisası üzrə ustad dərsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Fortepiano, orqan və klavesin kafedrasının müdiri Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Afaq Rüstəmova, tar ixtisası üzrə ustad dərsi isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Xalq çalğı alətləri ifaçılığı kafedrasının müdiri, Əməkdar müəllim, dosent Umud İbrahimov tərəfindən aparılacaq.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.