“Euronews” Azərbaycanda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Euronews" Azərbaycanda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb - VİDEO
16 aprel 2026 19:15 (UTC +04:00)
"Euronews" gələn ay Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü iclası (WUF13) barədə reportaj hazırlayıb.
Milli.Az xəbər verir ki, reportajda dünyada bir milyarddan çox insanın qeyri-adekvat bölgələrdə yaşadığı və WUF13-ün bu problemin həlli istiqamətində mühüm platforma olduğu diqqətə çatdırılıb.
Reportajda qeyd olunur ki, WUF13 ölkələr üçün təcrübə mübadiləsi və şəhər inkişafı sahəsində ideyaların müzakirə edilməsi üçün mühüm platformadır.
"Azərbaycan ev sahibi kimi məskunlaşma sahəsində, xüsusilə postmünaqişə dövründə yenidənqurma məsələləri ilə bağlı öz təcrübələrini bölüşəcək",- reportajda deyilir.
Eyni zamanda, Azərbaycanda məskunlaşma sahəsinin yenidənqurma ilə sıx bağlı olduğu bildirilib.
Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov "Euronews"a müsahibəsində məqsədin sadəcə ev tikmək yox, həm də əhali üçün doğmalıq atmosferinin yaradılması olduğunu deyib.
"Doğmalıq hissi insanları yaşamağa, ictimaiyyətə bağlayır", - o qeyd edib.
Emin Hüseynov məskunlaşma prosesində evlərin tikilməsi ilə yanaşı, iş yerlərinin açılması, sosial həyatın və iqtisadi rifahın təmin olunmasının əhəmiyyətindən danışıb.
Reportajda işğaldan azad olunmuş ərazilərə qayıdan vətəndaşların da fikirlərinə yer verilib.
Belə ki, onlar azad edilmiş ərazilərə ilk dəfə gəldiklərində evlərlə yanaşı, marketlərin, ictimai-iaşə obyektlərinin və digər həyati əhəmiyyət daşıyan infrastrukturun əlçatan olduğunu deyiblər.
Sakinlər məhv olmuş yaşıllıqların yerində yeni ağacların əkildiyini, yeni parkların salındığını və abadlıq işlərinin aparıldığını qeyd ediblər.
Reportajda Azərbaycanın Böyük Qayıdış proqramının uğurlu icrasının müxtəlif cəhətləri də vurğulanıb.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov hazırda Şuşada 1400 nəfərin - 377 ailənin yaşadığını deyib.
Reportajda dünyada mənzil təminatının qlobal problem olaraq qaldığı və WUF13-də müzakirələrin inklüziv siyasətlər, əlçatanlıq və davamlı şəhər inkişafına yönələcəyi diqqətə çatdırılıb. (APA)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
XƏBƏR LENTİ
-
Hande "Kann"a Azərbaycan brendi ilə qatıldı - FOTO
-
Hava limanı WUF13 dövründə gücləndirilmiş rejimdə işləyəcək
-
ÜST hantavirusun daha çox yayılması ilə bağlı xəbərdarlıq edib
-
"Şəfa" çempion oldu, Premyer Liqaya yüksəldi
-
Xalq artisti Şuşaya gedə bilmədi: “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam” - FOTO
-
“Xarıbülbül” festivalı Səkinə İsmayılova və tələbələrinin konserti ilə başa çatıb - VİDEO - FOTO
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək
-
Təbiətə 124 min manata yaxın ziyan vuruldu
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Xalq artistinə bəxşiş verməyi reklam edən şəxs QINANDI - VİDEO





