“Bir az da özümüzdən danışaq” adlı satirik- yumoristik musiqili gecə təqdim olunub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzində "Bir az da özümüzdən danışaq" adlı satirik- yumoristik musiqili gecə təqdim olunub. Bədii qiraətçi Hüseynağa Aslanovun təqdimatında Azərbaycan ədəbiyyatında çoxəsrlik ənənəsi olan satirik şeirin və felyetonun ən görkəmli nümayəndələri Üzeyir Hacıbəyli, Mirzə Ələkbər Sabir, Əliağa Vahid, Salam Qədirzadə yaradıcılığından nümunələr eləcə də İlqar Fəhmi, Əvəz Məmmədovun ədəbi nümunələrinin yer aldığı gecə tamaşaçılara xoş əhval bəxş edib.
Tədbirdə yazıçı-dramaturq İlqar Fəhmi çıxış edərək bildirib ki, satira hər zaman cəmiyyətin aynası rolunu oynayıb və bu cür tədbirlər insanların gündəlik həyatına fərqli baxış bucağı qazandırır. Layihənin iştirakçıları həm klassik, həm də müasir üslubda hazırlanmış nömrələrlə çıxış edərək maraqlı proqram təqdim edirlər. Gecə boyu qiraətçini BMM-nin solistləri Vəfa Vəzirova, Əməkdar artist Çinarə Mütəllibova, Rəvan Qaçayev, sevilən ifaçılar Nicat Aslanov, İsmayıl Zülfüqarov, Cəfər Həsənov, Nurlana Abdullayeva, Xəyal Əliyev, Fuad Cəfər, Orxan Soltanov və Nurədin Tağıyev öz musiqi nömrələri ilə müşayiət ediblər. Təqdim olunan ədəbi nümunələrə uyğun bəstəkar və xalq mahnılarının səsləndiyi satira gecəsi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tanınmış və gənc ifaçıların bir araya gələrək həm musiqi, həm də yumor elementlərini özündə birləşdirən çıxışları tamaşaçılara əyləncəli və düşündürücü anlar yaşadıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Xarıbülbül” festivalı Səkinə İsmayılova və tələbələrinin konserti ilə başa çatıb - VİDEO - FOTO
-
Gülnarə Xəlilova Qazaxıstanda “Upcycling” ekoloji moda konsepsiyası ilə uğur qazandı - FOTO
-
Bakıda hər bir notun minnətdarlığa çevrildiyi “İthaf” axşamı - FOTO
-
Filarmoniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş memorial zalın açılış mərasimi keçirilib - FOTO
-
Arif Babayevin qəbrinə yazılmış söz aranı qatdı – Gerçək BİLİNDİ - FOTO
XƏBƏR LENTİ
-
"Qalatasaray" ilk transferini etməyə hazırlaşır
-
Təmizlik xərclərindən qurtulmaq istəyən unitaza 1 şüşə töksün
-
Kadir İnanırın vəziyyəti ağırdır
-
FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş
-
Hande "Kann"a Azərbaycan brendi ilə qatıldı - FOTO
-
Hava limanı WUF13 dövründə gücləndirilmiş rejimdə işləyəcək
-
ÜST hantavirusun daha çox yayılması ilə bağlı xəbərdarlıq edib
-
"Şəfa" çempion oldu, Premyer Liqaya yüksəldi
-
Xalq artisti Şuşaya gedə bilmədi: “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam” - FOTO
-
“Xarıbülbül” festivalı Səkinə İsmayılova və tələbələrinin konserti ilə başa çatıb - VİDEO - FOTO
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək
-
Təbiətə 124 min manata yaxın ziyan vuruldu
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ





