Azərbaycan muğamı Almaniyanı fəth edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzinin solistləri 13-30 aprel tarixlərində Almaniya Federativ Respublikasında silsilə muğam konsertləri ilə çıxış edirlər. Layihə Azərbaycan muğam sənətinin beynəlxalq səviyyədə təbliği və mədəni əlaqələrin genişləndirilməsi məqsədi daşıyır.
Milli.Az xəbər verir ki, konsert proqramları Almaniyanın bir neçə şəhərində olmaqla yanaşı Belçikanın paytaxtı Brüssel və Niderlandın Leyden şəhərlərində də təşkil olunacaq. Tədbirlər çərçivəsində dinləyicilərə klassik muğam nümunələri ilə yanaşı, xalq musiqisinin inciləri də təqdim ediləcək. Proqramın əsas məqsədi muğamın zənginliyini və Azərbaycan milli musiqisinin emosional dərinliyini xarici auditoriyaya çatdırmaqdır. Qeyd edək ki, bu cür beynəlxalq layihələr Azərbaycan mədəniyyətinin dünyada tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Konsertlər Almaniyanın Köln şəhərində fəaliyyət göstərən "Klanqkosmos" mədəni layihələrinin təşkili platforması tərəfindən reallaşacaq.
Bu platforma dünyanın beş qitəsindən 130-dan çox musiqi kollektivlərini bir araya gətirərək mədəni müxtəlifliyin musiqi sahəsini təqdim edir. Artıq 26 ildir ki, hər il dörd həftə ərzində keçirilən konsertlərdə dünyanın müxtəlif regionlarından olan musiqiçilər öz mədəniyyətlərini təbliğ etmək məqsədilə Almaniya, Belçika və Niderlandda konsertlər, ustad dəsrləri və mühazirələrlə çıxış edirlər. Layihə müxtəlif mədəniyyətləri təmsil edən musiqiçilər arasında əlaqələr yaratmaq, fikir mübadiləsi aparmağa imkan yaradır.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycanı bu layihədə BMM-nin direktoru, Əməkdar artist Sahib Paşazadə və solist, Əməkdar artist Kamran Kərimov təmsil edib. Sənətkarlar müxtəlif şəhərlərdə 10 konsert proqramı və 5 ustad dərsi ilə çıxış ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
-
Sofiyada “Azərbaycan Xalçaları Həftəsi” keçirilib: milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub - (Foto)
-
Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
-
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
-
Rəşid Behbudovun müəmmalı ölümü: Qorbaçova verilən gizli kasetdə nə vardı?
-
Say üstünlüyünə qarşı mərdlik: Merab Dvalişvilinin dostu necə qəhrəmana çevrildi?
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
-
İbrahim Tatlısəsin nəvəsi gözəlliyi ilə diqqət çəkdi - (Foto)
-
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü - Yenilənib
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi - Yenilənib
-
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
-
COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - (Foto)
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Balıq bazarında bahalaşma var - (Video)
-
Emma kameralar qarşısında yıxıldı - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
-
Restoranda qaşığı masaya tərsinə qoymayın - Ofisiant səhv mesaj alır





