Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aprelin 16-da Nizami Kino Mərkəzində "At gücü" ("Horse Power") sənədli filminin təqdimatı keçirilib.
Milli.Az xəbər verir ki, təqdimat mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Əvvəlcə qonaqlar tədbir çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin "At gücü" mövzusunda hazırladıqları rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Daha sonra film nümayiş etdirilib.
Film dünyanın ən seçilən atlarının hekayəsindən, onların qeyri-adi gücündən və insanla unikal bağlılığından bəhs edir. Layihə vəhşi təbiət haqqında məzmun yaradan və filmləri 70-dən çox ölkədə yayımlanan məşhur "Plimsoll Productions" və "Eos Films" istehsal şirkətlərinin birgə məhsuludur.
Filmin çəkilişləri ABŞ, Azərbaycan, Böyük Britaniya, Çin, Qətər və Niderlandda aparılıb. Azərbaycandakı çəkilişlər Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) dəstəyi ilə həyata keçirilib. Filmdə təqdim olunan məşhur at cinsləri arasında Azərbaycanın milli irsi olan Qarabağ atları da öz layiqli yerini tutub.
Bu ekran əsəri "Mavi Planet II" və "Yer kürəsi II" kimi layihələrin yaradıcıları tərəfindən atlar haqqında indiyədək çəkilmiş ən iddialı sənədli filmlərdən biri hesab olunur.
Şərq təqviminə görə 2026-cı ilin "At ili" olması ilə əlaqədar filmin nümayişləri dünyanın müxtəlif ölkələrində bu mövzuya həsr edilib. Proqnozlara əsasən, ekran əsərinin auditoriyası 100 ölkədə 300 milyon izləyicini ötəcək. Bu göstəriciyə televiziya yayımı, onlayn platformalar, kinoteatr nümayişləri, eləcə də dünyanın müxtəlif muzeylərində təşkil edilən təqdimatlar vasitəsilə nail olunması gözlənilir.
Qeyd edək ki, filmin ərsəyə gəlməsində beynəlxalq təcrübəyə malik peşəkar komanda iştirak edib. Layihənin məsləhətçiləri sırasında Böyük Britaniyanın tanınmış fotoqrafı, Kral Coğrafiya Cəmiyyətinin üzvü Henri Dallal (Henry Dallal) da daxil olmaqla, elm və mədəniyyət sahəsinin aparıcı mütəxəssisləri yer alır.
Filmin rejissoru Mark Braunlou (Mark Brownlow) "Yer kürəsi II" və "Eden: Untamed Planet" kimi layihələri ilə tanınır. O, həmçinin "Mavi planet II", "Kiçik nəhənglər 3D", "Okeanlar: bizim mavi planetimiz 3D" və digər sənədli serialların prodüseri və rejissoru kimi çoxsaylı mükafatlara layiq görülüb.
Filmin prodüseri Sun Şuyun (Sun Shuyun) beynəlxalq əməkdaşlıq sahəsində tanınan və məhsuldar fəaliyyət göstərən mütəxəssislərdəndir.
İkinci rejissor Rob Sallivan (Rob Sullivan) sənədli seriallar üzrə təcrübəli prodüser və rejissor kimi yerli hekayələrin təqdimatı və unikal çəkiliş məkanlarına çıxış imkanları ilə seçilir.
Filmin kadrarxası mətni "Oskar" mükafatı nominantı aktyor Coş Brolin (Josh Brolin) tərəfindən səsləndirilib, musiqinin müəllifi isə "Emmy" mükafatı laureatı bəstəkar Barnabi Teylordur (Barnaby Taylor).
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda açıq səma altında Dövlət Caz Orkestrinin 85 illiyinə həsr olunmuş möhtəşəm gecə keçirilib - (Foto)
-
Mobil Əhmədovun 95 illik yubileyinə həsr olunmuş “Ustadımın yolu ilə” konsert proqramı təqdim olunacaq - (Video)
-
"44" bədii filminin premyerasının vaxtı məlum olub (Foto)
-
Amin Novruzov vəfat etdi
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı – böyük sənət bayramı ərəfəsində (Foto)
-
Azərbaycanlı kurator Züleyxa İbad Berlin Art Week 2026 çərçivəsində “Familiar Strangers” sərgisini təqdim edəcək - (Foto)
XƏBƏR LENTİ
-
Ogüst Renuarın muzeyi qarət edildi
-
"Qayınana bölük komandiri, baldız "starik", gəlin də "molodoy" olur"
-
Qazaxıstanda neft emalı zavodunda güclü yanğın
-
Türkiyədə terrorçuluğun maliyyələşdirilməsinə qarşı əməliyyat keçirildi
-
Güclü külək ağacı avtomobil üstünə aşırdı
-
Balaca Banu belə dəyişib, illər sonra görüntüləndi - (Foto-Video)
-
Rusiyanın tanınmış aktrisası vəfat etdi - (Foto)
-
Polşada hava limanı qəfil bağlandı
-
Məscidə gedən Əkbər Əlizadə cərimələndi
-
Evində ölü tapılan türk aktyorun bu çıxışı yenidən gündəmə gəldi - (Video)
-
Mərkəzi Bank valyuta bazarına müdaxilə edib
-
Polisdən əməliyyat: 156 axtarışda olan şəxs saxlanıldı
-
Bakıda güclü külək 4 nəfəri xəstəxanalıq etdi
-
Bu bürclərin cibinə pul axacaq - Sentyabrın 22-dək...
-
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
-
Hacıqabulda ağır qəza: 2 nəfər öldü
-
İranda benzinin qiyməti ikiqat artırıldı
-
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
-
Qrizmannın ABŞ-də çətin anları: Yaş dəsmal, soyuq kompres...
-
Beyləqanda ağır qəza: Ölən var
-
Bakıda türk turist taksi çağırıb özü sürdü, sürücü isə yuxuladı - (Video)
-
Şəmkirdə gənc oğlanı qatar vuraraq öldürüb
-
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
-
Bakıda Dördüncü İqlim Həftəsinin ikinci günü keçirilir





