İkinci Dünya Müharibəsindən sonra ABŞ-də bir ilk: Pentaqon silah istehsalı üçün "düyməyə basdı"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tramp administrasiyası İkinci Dünya Müharibəsi dövrünün məşhur "Demokratiya Arsenalı" konsepsiyasını yenidən canlandırmaq üçün hərəkətə keçib.
Milli.Az xəbər verir ki, Pentaqon ABŞ-nin silah arsenalını qısa müddətdə genişləndirmək məqsədilə ölkənin nəhəng avtomobil istehsalçılarını hərbi sənayeyə cəlb etmək qərarına gəlib.
"The Wall Street Journal"ın yaydığı məlumata görə, ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmiləri sənaye nəhənglərinin rəhbərləri ilə gizli görüşlər keçiriblər. Görüşlərdə "General Motors" (GM) şirkətinin baş direktoru Meri Barra və "Ford"un rəhbəri Cim Farli ilə yanaşı, "GE Aerospace" və "Oshkosh" kimi strateji şirkətlərin nümayəndələri də iştirak ediblər. Məqsəd mülki sənayenin nəhəng istehsal gücünü hərbi ehtiyaclara yönəltməkdir.
Analitiklər bildirirlər ki, bu təcili qərarın arxasında Ukraynadakı uzunmüddətli müharibə və İran ətrafında artan gərginlik dayanır. ABŞ-nin sursat ehtiyatlarının kritik səviyyəyə qədər azaldığını qeyd edən ekspertlər, mövcud hərbi zavodların tələbatı ödəməkdə çətinlik çəkdiyini vurğulayırlar. Pentaqon avtomobil nəhənglərinin montaj xətlərindən raket, mərmi və hərbi texnika istehsalı üçün istifadə etməyi planlaşdırır.
Ağ Ev rəhbərliyi şirkətlərdən təkcə istehsalı artırmağı deyil, həm də bu prosesi ləngidən bürokratik maneələri müəyyən etməyi tələb edib. Hökumət rəsmiləri bildiriblər ki, bu, müvəqqəti bir təşəbbüs deyil, ABŞ-nin milli təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan uzunmüddətli strateji hədəfdir.
Səkinə Yusifova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Təmizlik xərclərindən qurtulmaq istəyən unitaza 1 şüşə töksün
-
Kadir İnanırın vəziyyəti ağırdır
-
FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş
-
Hande "Kann"a Azərbaycan brendi ilə qatıldı - FOTO
-
Hava limanı WUF13 dövründə gücləndirilmiş rejimdə işləyəcək
-
ÜST hantavirusun daha çox yayılması ilə bağlı xəbərdarlıq edib
-
"Şəfa" çempion oldu, Premyer Liqaya yüksəldi
-
Xalq artisti Şuşaya gedə bilmədi: “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam” - FOTO
-
“Xarıbülbül” festivalı Səkinə İsmayılova və tələbələrinin konserti ilə başa çatıb - VİDEO - FOTO
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək
-
Təbiətə 124 min manata yaxın ziyan vuruldu
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI





