Mədəniyyət

Məşhur iranlı aktrisası və rejissoru Niki Kərimi Bakıda gənc rejissorlarla təcrübəsini bölüşüb - FOTO

10 Dekabr 2025 17:32
Baxış: 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sosial media dövründə film çəkmək çox çətindir" - bunu Bakı Beynəlxalq Film Festivalı çərçivəsində Bakıya gələn İran kinosunun məşhur aktrisası və rejissoru Niki Kərimi deyib. Kino sənətinin müasir problemlərindən danışan sənətçi gənc rejissorlarla təcrübəsini bölüşüb:

"Kino çoxqatlı bir sahədir. Məsələn, Hollivudda ildə nə qədər film çəkilir, ancaq baxaq görək, onların neçəsi uğurlu ola bilir. Kino çəkməyin əlçatan olduğu bir dövrdə yaşayırıq. Bu gün hər kəs əlindəki mobil telefona nələrsə çəkib qısametrajlı film kimi təqdim edə bilər. Bir tərəfdən hər şey bu qədər sadələşsə də, digər tərəfdən mürəkkəbliyini qoruyur. Bu ziddiyyətə misal olaraq sosial medianı qeyd edə bilərəm.

Düşünürəm ki, sosial şəbəkələr ortaya çıxandan bəri film çəkmək çox çətinləşib. Əvvəllər insan rahatlıqla oturub istədiyini yazıb çəkirdi. İndiki dövrdə gənclərin ən böyük çətinliyi gördükləri işə fokuslana bilməmələridir. Yaradıcı insanın duyğu və düşüncələri çox orijinal olmalıdır, amma indiki dönəmdə duyğu orijinallığını qoruyub saxlamaq çox çətinləşib. Fikrimcə, gənc rejissorlar bu məsələyə həssaslıqla yanaşmalıdırlar".

Qeyd edək ki, Niki Kərimi festivalın beynəlxalq münsiflər heyətində yer alıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.