Dünya

Marqarita Simonyanda ağır xəstəlik aşkarlandı

8 Sentyabr 2025 16:51
Baxış: 283
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Marqarita Simonyan etiraf edib ki, ona ağır xəstəlik diaqnozu qoyulub. 

Milli.Az xəbər verir ki, jurnalist dəqiq diaqnozu açıqlamasa da, əməliyyata ehtiyacı olduğunu qeyd edib.

"Əlbəttə, bilirsiniz ki, mənim həyat yoldaşım Tiqran Keosayan doqquz aydır xəstəxanada komadadır. Rusiyada necə deyərlər, bəla gələndə qapını açın. Evimizdəki darvazalar nəinki kilidlənmir, məncə, onları artıq bu tale küləyi uçurub...", - teleaparıcı Vladimir Solovayla "Bazar axşamı" verilişində deyib.

45 yaşlı jurnalist proqram studiyasında Patriarx Kirilin bir gün əvvəl onu "cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfəyə görə" təltif etdiyi 3-cü dərəcəli şahzadə Olqa ordeni ilə çıxıb. Simonyan əməliyyatın onun döş qəfəsində aparılacağına eyham vurub.

"Bu həftə mənə dəhşətli, ağır xəstəlik diaqnozu qoyuldu. Sabah əməliyyat olunacağam... Fikirləşdim ki, bu gün efirə çıxıb həqiqəti deməliyəm. Çünki tamaşaçıların şayiələrlə qidalanmasına imkan verməkdənsə, həmişə özümüz həqiqəti söyləmək daha yaxşıdır", - aparıcı qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.