Cəmiyyət

Əlillik qiymətləndirməsində rəqəmlər açıqlandı - Yeni sistem necə işləyir?

8 Sentyabr 2025 17:40
Baxış: 392
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2025-ci ilin yanvar-avqust ayları ərzində 36.2 min şəxsə əlillik təyin edib.

Milli.Az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 16.2 min şəxsə ilkin, 20 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Qeyd edək ki, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.