Dünya

“Mişiko, Moskvaya niyə gəlmədin?” - Jirinovski zarafatından qalmadı

2 Oktyabr 2021 08:28
3 Şərh     Baxış: 1 390
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin saxlanılmasını istehzalı şəkildə şərh edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, teleqram kanalında Saakaşvilinin "Moskvada dinc yaşaya biləcəyini" və partiyanın onu azad etmək üçün tədbirlər görəcəyini yazıb:

"Mişiko, nə üçün Tbilisiyə getdin? Moskvaya niyə gəlmədin? Biz LDP sənin azadlığa çıxmağın üçün bütün tədbirləri görəcəyik. Ancaq, hələlik, Mişa, gözlə. Mən Gürcüstan hökumətinin sənin gəlişinə hansı menyunu hazırladığını bilirəm: birincisi çürük quyruq balığından şorba, ikincisi kartof püresi, üçüncüsü Birinci dünya müharibəsinin tozundan jele".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.