Dünya

Bu ölkədə “uşaq çatışmazlığı” yaşanır

21 Sentyabr 2021 11:18
0 Şərh     Baxış: 878
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyanın Sosial Marketinq Fondu maraqlı araşdırma aparıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, cari ildə krallıqda doğum əmsalının kəskin aşağı düşməsi nəticəsində "uşaq çatışmazlığı"nın yaşandığı bildirilib.

Fondun təhlilinə əsasən, yeni doğulan körpələrin azlığı perspektivdə iqtisadiyyat üçün də ciddi təhdidə çevrilib.

Yayılan rəqəmlərə əsasən, 1964-cü ildə hər qadına düşən yeni doğulan körpə sayı 2.93 olduğu halda, ötən il bu göstərici 1.58-ə düşüb. Şotlandıyada isə hətta 1.29-adək geriləyib.

Ekspertlərin sözlərinə görə, əhali sayını sabit saxlamaq üçün doğum əmsalı 2.1 olmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.