Dünya

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin helikopteri qəzaya uğrayıb, ölənlər var

4 Sentyabr 2021 21:18
0 Şərh     Baxış: 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin helikopteri Kaliforniyanın sahillərində qəzaya uğrayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ-ın Sakit okean donanması bildirib.

Qeyd edilir ki, qəza zamanı helikopterin beş üzcü həlak olub.

"ABŞ-ın Hərbi Dəniz Qüvvələri qəzaya uğramış MH-60S helikopterinin ekipajının beş üzvünün həlak olduğunu etiraf edir", - Sakit okean donanmasının saytında dərc edilmiş bəyanatda deyilir.

Hərbi Dəniz Qüvvələrinin helikopteri çərşənbə günü Kaliforniya ştatının San-Dieqo sahillərində qəzaya uğrayıb. MH-60S helikopteri Abram Linkoln təyyarədaşıyan bortundan uçuş edib və sahildən 110 kilometr məsafədə suya düşüb.

Helikopterin xəsarət alan bir heyət üzvü xilas edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.