Dünya

"Taliban" rəsmisi: "Döyüşçülərimizə qadınlarla davranış qaydaları öyrədilməyib"

26 Avqust 2021 10:16
0 Şərh     Baxış: 1 082
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Radikal "Taliban" hərəkatı işləyən əfqan qadınları öz təhlükəsizlikləri üçün evlərindən çıxmamağa çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu təşkilatın rəsmi nümayəndəsi Zabiullah Mücahid "New York Times" qəzetinə müsahibəsində deyib.

"Döyüşçülərimizin qadınlarla necə davranmaq lazım olduğuna dair təlim keçməməsindən narahatıq. Allah qorusun, qüvvələrimizin qadınlara zərər yetirməsini və ya təqib etməsini istəmirik", - Mücahid belə deyib.

Eyni zamanda, o, bunun müvəqqəti bir hal olduğunu bildirib və işləyən qadınların maaşlarının evlərində ödəniləcəyinə dair vəd verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.