Dünya

Çində 55 yaşlı qadın tauna yoluxub: Yayılmaması üçün təcili tədbirlər görülür

22 Avqust 2021 13:52
1 Şərh     Baxış: 953
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çinin Ningxia Hui Muxtar bölgəsinin 55 yaşlı sakini taun xəstəliyinə yoluxub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə bölgənin Gigiyena və Sağlamlıq Komitəsi məlumat yayıb.

Xəstə qadının heyvandarlıqla məşğul olduğu, vəziyyətinin kritik olduğu qeyd edilir. Xəstəliyin İlk simptomları avqustun 14-də meydana gəlib. Çin hakimiyyəti təhlükəli infeksiyanın yayılmasının qarşısını almaq üçün təcili yardım mexanizmini artıq işə salıb.

Komitədən verilən məlumata görə, ət istehlakına görə ölkənin şimalındakı çöl zonasında və qonşu Monqolustanda tauna yoluxma vaxtaşırı qeydə alınır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.