Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ lideri Co Bayden arasında görüş avqustun 31-i baş tutacaq.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba açıqlayıb.
Həmçinin qeyd olunur ki, görüş Vaşinqtonda keçiriləcək.
Qeyd edək ki, daha əvvəl görüşün avqustun 30-u keçiriləcəyi deyilirdi.
Milli.Az