Ölkə

İki azyaşlı uşaq anası "ölüm kağızı"na görə sosial müavinət ala bilmir - VİDEO

21 Noyabr 2025 01:06
Baxış: 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeronun Xırdalan şəhərində yaşayan, iki azyaşlı uşağın anası Rəvanə Mehdiyeva dünyasını dəyişən həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini ala bilmədiyini bildirir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Rəvanə Mehdiyeva 10 ildən çox qeyri-rəsmi nikahda yaşadığı Samir Mustafayevin bir il əvvəl vəfat etdiyini, lakin bu günə qədər onun rəsmi ölüm şəhadətnaməsini əldə edə bilmədiyini deyir. Kirayədə yaşayan ailənin hər hansı sosial təminatı yoxdur və iki azyaşlı uşağın bütün məsuliyyəti gənc ananın üzərinə düşüb.

Sənədin olmaması ailənin durumunu daha da ağırlaşdırıb. Hazırda xadimə işləyən Rəvanə aldığı minimal maaşla həm kirayə pulunu, həm gündəlik xərcləri, həm də uşaqların ehtiyaclarını qarşılamağa çalışır.

Qadın aidiyyəti qurumlardan məsələnin araşdırılmasını, həyat yoldaşının ölüm sənədinin verilməsi prosesinin sürətləndirilməsini və uşaqların sosial müdafiə hüquqlarının bərpasını xahiş edir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, müraciət araşdırılacaq.

Ədliyyə Nazirliyindən də qeyd olunub ki, vətəndaşın şikayəti araşdırılacaq və nəticə barədə məlumat veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.