Bayden və Zelenskinin görüş tarixi bəlli oldu

19 Avqust 2021 15:58

Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ lideri Co Bayden arasında görüş avqustun 31-i baş tutacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba açıqlayıb.

Həmçinin qeyd olunur ki, görüş Vaşinqtonda keçiriləcək.

Qeyd edək ki, daha əvvəl görüşün avqustun 30-u keçiriləcəyi deyilirdi. 

Milli.Az