Dünya

Kabil aeroportunda ABŞ hərbçiləri atəş açıb, həlak olanlar var - YENİLƏNİB

16 Avqust 2021 10:50
0 Şərh     Baxış: 1 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:50

Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən Həmid Karzay Beynəlxalq Hava Limanında silahlı insident baş verib.

Milli.Az bu barədə "Report"a istinadən xəbər verir.

ABŞ hərbçilərinin atəş açması nəticəsində bir neçə insanın həyatını itirdiyi bildirilir.

---------

10:36

Amerikalı hərbçilər Kabil hava limanında havaya xəbərdarlıq atəşi açıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir qrup insan Əfqanıstan paytaxtının yeganə hava limanında uçuş-eniş zolağına çıxdığından amerikalı hərbçilər havaya atəş açmaq məcburiyyətində qalıb.

"Mən burada çox qorxuram. Onlar havaya çoxlu atəş açır. Bir qızın necə tapdalandığını və öldürüldüyünü gördüm", - deyə hadisə şahidlərindən biri agentliyə bildirib. 

"Əl-Cəzirə" telekanalının daha əvvəl verdiyi məlumata görə, Kabil hava limanında helikopterlərin intensiv uçuşu səbəbindən xaos hökm sürür. Bu helikopterlərin ölkədəki diplomatik missiyaların əməkdaşlarını daşıdığı bildirilir. Telekanal həmçinin "Taliban" hərəkatından qaçmağa çalışan vətəndaşların hava limanına toplanmasını da vurğulayıb.

Qeyd edək ki, radikal "Taliban" hərəkatı avqustun 15-i Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.