Dünya

Türkiyənin şimal rayonlarına sel gəlib, ölən və itkin düşən var

11 Avqust 2021 14:48
0 Şərh     Baxış: 1 279
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin şimal ərazisində Bartın, Sinop, Kastamonu vilayətlərinə fasiləsiz yağışlar daşıqn və selə səbəb olub.

Milli.Az APA-ya istinadən bildirir ki, çox sayda yaşayış yerləri və iş yerlərini su basıb, sel bəzi bölgələrdə sürüşməyə səbəb olub.

Bartının Zəfər kəndinin muxtarı Vasfi Yaman CNN-Türkə bildirib ki, selin dağıntılarından Ulus rayon mərkəzilə əlaqə itib, bəzi evlər uçub və mal-qara təlfəf olub, 80 yaşlı bir qadın itkin düşüb, bir nəfər ürək çatışmazlığından vəfat edib, xəsarət alanlar var.

Bartın-Karabük yolu çöküb, sel-suları altında qalan iki kənd təxliyə olunur.

Sinopun bələdiyyə sədri Barış Ayhan bildirib ki, sel nəticəsində yollar bağlanıb, bir xəstəxana təxliyə olunub, bir fabriki su basıb, işçilər xilas edilib.

Kastamonuda isə sel sürüşməyə səbəb olub, iki avtomobil torpaq altında qalıb.

Meteoroloqlar bu gün Türkiyənin Qaradəniz sahilində yerləşən bəzi rayonlarında və Tokat, Erzincan, Gümüşhane, Bayburtda güclü yağışların olacağı ilə bağlı xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.