Rusiyada son sutka ərzində daha 20 182 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Milli.Az APA-ya istinadən bildirir ki, bu, yanvarın 24-dən sonra gündəlik yoluxmada maksimumdur.
Bununla, Rusiyada COVID-19-a yoluxanların sayı 5 388 695 nəfərə çatıb.
Son sutka ərzində 568 nəfərin koronavirusdan öldüyü bildirilib.
Ümumilikdə koronavirusdan ölənlərin sayı 131 463 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.
Milli.Az