Dünya

Gürcüstanda karantin cərimələri əfv edilir

24 İyun 2021 19:10
Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda karantin qaydalarının pozulmasına görə tətbiq edilən, lakin ödənməmiş cərimələr əfv edilir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili keçirdiyi brifinqdə bildirib.

O deyib ki, özünütəcrid və karantin qaydalarının pozulmasına, tibbi maska taxmamağa görə barələrində cərimə tətbiq edilən şəxslər parlamentə təqdim edilən iki qanun layihəsi əsasında ödənişdən azad ediləcək.

İ. Qaribaşvili qeyd edib ki, 245 min vətəndaş, habelə 344 hüquqi şəxs bundan yararlanacaq.

Əfv olunan cərimələrin ümumi məbləğinin 76 milyon lari (41 milyon manat) təşkil edəcəyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.