Dünya

Rusiya bu tarixdən Türkiyəyə uçuşları bərpa edə bilər

18 İyun 2021 18:24
Baxış: 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın koronavirusla mübarizə üzrə Operativ Qərargahı iyulun 1-dən etibarən Türkiyəyə uçuşların bərpası məsələsini nəzərdən keçirir.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyanın cənubundakı kurortlar həddindən artıq yükləndiyindən, bu ölkədə koronavirusun yayılmasını sürətləndirə bilər və belə olan halda səlahiyyətli şəxslər Türkiyəyə uçuşların bərpasına dair qərar verə bilər.

Operativ Qərargahdakı çalışan mənbənin sözlərinə görə, həftədə yeddi reys açıla bilər. Uçuşları hansı aviaşirkətin həyata keçirəcəyi hələlik məlum deyil.

"Qərar verildikdən sonra bununla bağlı əlavə məlumat veriləcək", - deyə mənbə bildirib.

Qeyd edək ki, Rusiya hökuməti COVID-19-la mübarizə çərçivəsində 15 aprel-1 iyun tarixlərində Türkiyəyə uçuşları dayandırıb. Bu məhdudiyyət daha sonra iyunun 21-dək uzadılıb. Hazırda yalnız həftədə iki dəfə İstanbuldan Moskvaya uçuş həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.