Rusiya

"Onlar Rusiyaya geri qayıda bilməyəcəklər"

6 Sentyabr 2025 19:51
Baxış: 750
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna silahlı qüvvələrini maliyyələşdirən xarici şirkətlər Rusiya üçün düşmənə çevrilib və Rusiyaya geri qayıda bilməyəcəklər.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.

"Ukrayna ordusunu maliyyələşdirənlər - bu, artıq tamam başqa məsələdir. Belə şirkətlər artıq düşmənə çevrilib və onlara da düşmən kimi yanaşmaq lazımdır", - Peskov vurğulayıb.

Xatırladaq ki, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bir çox xarici şirkət Rusiyada fəaliyyətini dayandırmaq qərarı verib. Onların bir qismi Ukrayna silahlı qüvvələrinə maliyyə dəstəyi göstərdiyini açıq şəkildə bəyan edib. (axar.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.