İslandiya millisinin futbolçusu İsak Yohannesson DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunda Azərbaycan üzərində qələbəsi (5:0) haqda fikirlərini bölüşüb.
Milli.Az xəbər verir ki, sözügedən görüşdə dublun müəllifi olan oyunçu 433.is saytına verdiyi açıqlamada deyib:
"Çox xoşbəxtəm. Çox danışırdıq, amma indi göstərdik ki, nə qədər güclüyük. İslandiya millisinin formasını geyinən hər kəs əla oynadı. Təəssüf ki, üçüncü qolu vura bilmədim, topu küncə göndərə bilmədim. Millidə qol vurmaq və bunu qeyd etmək elə bir hissdir ki, bunu izah etmək olmur. Azərbaycanlılar antifutbol göstərirdilər - tez-tez yerdə qalırdılar və sadəcə topu irəli vururdular. Biz isə anımızı gözlədik və ikinci hissədə lazım olan boşluqları tapdıq". (qol.az)
Milli.Az