İdman

Rəqibə tüpürən Suaresin cəzası bəlli oldu

6 Sentyabr 2025 20:25
Baxış: 384
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-nin "İnter Mayami" klubunun və Uruqvay millisinin hücumçusu Luis Suares 6 oyunluq cəzalandırılıb.

Milli.Az-ın məlumatına görə, buna səbəb 38 yaşlı futbolçunun Liqalar Kubokunun final matçında məğlubiyyətdən sonra "Sietl Saunders" klubunun əməkdaşlarından birinə tüpürməsi olub.

L.Suares oyundan sonra texniki zonaya yaxınlaşıb və rəqib heyətin üzvlərindən birinə tüpürüb. Daha sonra o, davranışına görə üzr istəyib. Həmçinin baş verən dava nəticəsində "Sietl Saunders"in məşqçisi Stiven Lenhart (5 oyun), o cümlədən "İnter Miami"nin daha iki futbolçusu Tomas Aviles (3 oyun) və Serxio Buskets (2 oyun) də cəzalandırılıb.

Qeyd edək ki, sentyabrın 1-də baş tutan görüş "Sietl Saunders"in 3:0 hesablı qələbəsi ilə nəticələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.