"Sakit uşaqlar "hədiyyə" deyil, "qırmızı bayraq"dır" - Açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çox sakit və "rahat" körpə hər zaman sağlamlıq göstəricisi olmaya bilər.
Milli.Az xəbər verir ki, bunu uşaq masajçısı və hərəkət inkişafı üzrə ekspert İqor Novokrinitski söyləyib.
Onun dediyinə görə həddindən artıq yuxululuq, yeməyə çətin oyadılma, zəif əmizdirmə, çəki artımında problem, gur səsə, işığa və ya narahatlığa reaksiya verməmək sinir sisteminin yetkinləşməməsinin əlaməti ola bilər.
Körpə 1-1,5 aylığında ananın üzünə baxmırsa, 2-3 aylığında cavab gülümsəməsi yoxdursa, səslə diqqət çəkməyə çalışmırsa, bu da narahatedici siqnaldır.
Bəzi uşaqlar sadəcə təbiətən sakit və flegmatik ola bilsə də, inkişaf yaş normasına uyğun getmədikdə problem yaranır. Belə hallarda hipotoniya, motor və nitq inkişafında gecikmə, eləcə də autizm spektr pozuntularının ilkin əlamətləri mümkündür.
Ekspertin sözlərinə görə, endokrin xəstəliklər, xüsusən anadangəlmə hipotiroidizm, həmçinin eşitmə və görmə zəifliyi də körpənin həddən artıq sakit görünməsinə səbəb ola bilər. O, xüsusi diqqət tələb edən əlamətlər sırasında 4-6 həftəsində gülümsəməmək, 1,5 aylığında başını qaldırmamaq, 3 aylığında səsə dönməmək, 7,5 aylığında çevrilməmək, 9-10 aylığında oturmamaq və sürünməmək, 12 aylığında qalxmağa cəhd etməmək və ilk səslərin, sözlərin olmamasını sadalayıb.
Novokrinitski bildirib ki, körpə oyunlara maraq göstərmirsə, valideynə sevinc ifadə etmirsə, əşyaları öyrənməyə çalışmırsa, bu da inkişaf geriliyinin göstəricisi ola bilər.
Mütəxəssis valideynlərə vaxt itirmədən nevroloqa müraciət etməyi məsləhət görüb, çünki uşağın ilk ayları onun gələcək inkişafı üçün həlledicidir.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
-
İlboyu səyahəti üçün ən isti yerlər
-
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
-
Bir cüt qolu və iki başı olan uşaq doğuldu
-
Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - (Video)
-
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
-
4 gün ardıcıl iş olmayacaq
-
Günün qoroskopu: Bu gün keçmişinizdən dərs almaq üçün əla gündür
-
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
-
Alyona Əliyeva Anar Hüseynzadənin "O" adlı sərgisindən görüntülər paylaşıb - (Foto)
-
Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
-
Navainin keçmiş sevgilisi: "Danışmağa başlasam, heç kimin xoşuna gəlməyəcək" - (Foto)
-
Messinin "Barselona"da debütündən 22 il ötür - (Video)
-
İstanbulda yağışa görə imtahanlar dayandırıldı
-
“Muhtemel aşk” final edir
-
Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - (Video)
-
Balde “Barselona”dan gedə bilər
-
“Hamı yazır ki, görəsən, kimin əridir?” - Renka - (Video)
-
Türkiyəyə səs salan qətllə bağlı qərar verildi - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - (Video)
-
Arda Güler daha 5 il "Real"da
-
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
-
Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - (Video)
-
Atasının sözləri Güneli ağlatdı - (Video)





