İdman

"İslandiyaya məğlubiyyətin əsas günahkarı Fernandu Santuşdur"

6 Sentyabr 2025 21:25
Baxış: 443
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan yığmasının DÇ-20206-nın seçmə mərhələsində İslandiyaya 0:5 hesablı məğlubiyyətin əsas günahkarı baş məşqçi Fernandu Santuşdur.

Bunu yığmanın sabiq futbolçusu Vaqif Cavadov deyib.

Keçmiş hücumçu komandada mental uyğunlaşma olmadığını vurğulayıb:

"Bir ildən çoxdur ardıcıl məğlubiyyətlər görürük. Hətta yoldaşlıq görüşlərində uduzurduq. Fikrimcə, mental uyğunlaşma yoxdur. Görünən odur ki, futbolçular baş məşqçini anlamırlar. Karlos Alberto Torresin, Berti Foqtsun vaxtında fərqli tələblər var idi. Bu gün yığma ilə daha çox çalışmaq lazımdır. Bəlkə də düşüncəsini futbolçulara anlada bilməyib. Amma bu, baş məşqçinin zəifliyidir və məğlubiyyətin əsas günahkarı da odur".

Mütəxəssis 2025/2026 mövsümündə legioner limitinin aradan qaldırılmasının da bu nəticədə rol oynadığını düşünür:

"Həm baş məşqçinin, həm futbolçuların durumuna baxanda belə nəticə gözlənilən idi. Neçə aylardır buna doğru gedirdik. Həmçinin limitin ləğv olunması da buna gətirib çıxarır. Düzdür, heyətdəki futbolçuların hər biri öz klublarında çıxış edir. Amma limitin götürülməsi baş məşqçinin seçiminin azalmasına gətirib çıxarır. Düşünürəm ki, belə davamiyyətlə bundan da pis olacaq".

Qeyd edək ki, ötən gün keçirilən İslandiya - Azərbaycan matçı meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə nəticələnib. Komanda sözügedən mərhələdə növbəti matçını sentyabrın 9-da Bakıda Ukrayna millisinə qarşı keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.