Hadisə

Qazaxda qəza - 3 nəfər ağır yaralandı - YENİLƏNİB - VİDEO

6 Sentyabr 2025 23:24
Baxış: 448
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

23:24

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qazax rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Opel" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıblar.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq "VAZ-2107" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1992-ci il təvəllüdlü Bayramov Niyaz Eyvaz oğlunu, eləcə də sərnişinləri, 1992-ci il təvəllüdlü Nuriyev Rəşad İbrahim oğlu və 1989-cu il təvəllüdlü Sadıqov Sadıq Məhəmməd oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

-----------
22:04


Qazax rayonunun Xanlıqlar kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, hərəkətdə olan "VAZ 2107" və "Opel" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1992-ci il təvəllüdlü N.Bayramov, 1989-cu il təvəllüdlü V.Salehov və 1992-ci il təvəllüdlü N.Rəşad xəsarət alıb.

Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.