Hadisə

Yusif Qəmərli yüksək vəzifəyə təyinat ALDI

3 Aprel 2026 14:12
Baxış: 584
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-də yeni təyinat olub.

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Yusif Qəmərli ADY-nin Risklərin idarə edilməsi və daxili nəzarət departamentinə müdir təyin olunub.

Qeyd edək ki, o, bu təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Daxili nəzarət və audit departamentinin direktoru vəzifəsində çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.