"ChatGPT" istifadəçilər arasında ekstremizmə meyilləri erkən mərhələdə aşkar edib, onları xüsusi "deradikallaşdırma" çat-botlarına yönləndirməyi hədəfləyən yeni sistem üzərində işləyir.
Milli.Az xəbər verir ki, Bu barədə Reuters məlumat yayıb.
Təşəbbüs, süni intellekt sahəsində artan təhlükəsizlik narahatlıqları və hüquqi təzyiqlər fonunda hazırlanır. Layihənin texniki tərəfi, Yeni Zelandiyanın ThroughLine startapı tərəfindən həyata keçirilir və bu prosesdə OpenAI ("ChatGPT"), Anthropic və Google kimi böyük texnologiya şirkətləri ilə əməkdaşlıq edilir.
Artıq "ThroughLine" sistemi, istifadəçi sorğularında özünə zərər, məişət zorakılığı və ya qida pozuntuları kimi riskli siqnalları müəyyən etdikdə, onları müvafiq dəstək xidmətlərinə yönləndirir. Yeni mərhələdə isə bu imkanlar genişləndirilərək, zorakı ekstremizmin qarşısının alınmasına yönəldiləcək.
Asya
Milli.Az





