Siyasət

Prezident İlham Əliyev Azərbaycanın bu Əsasnamələri təsdiq edib - FƏRMAN

3 Aprel 2026 16:25
Baxış: 515

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə", "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə", "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə" və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə" təsdiq edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə" təsdiq edilməlidir.

"Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə" təsdiq edilməlidir.

"Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə" təsdiq edilməlidir.

"Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə" təsdiq edilməlidir.

Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikasının Təmsilçilik Ofisinə, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə" isə Azərbaycan Respublikasının Nümayəndəliyinə də şamil edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.