İdman

Avropanın aparıcı liqalarında ən çox maaş alan məşqçilər

3 Aprel 2026 15:00
Baxış: 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AS nəşri Avropanın ən yaxşı beş liqasında ən çox maaş alan baş məşqçinin adını açıqlayıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone ən çox maaş alan məşqçidir. Argentinalı məşqçi ayda 2,17 milyon avro qazanır.

Avropanın ən yaxşı liqalarında ən çox maaş alan 10 məşqçi aşağıdakılardır:

Dieqo Simeone ("Atletiko Madrid") - ayda 2,17 milyon avro.
Xosep Qvardiola ("Mançester Siti") - 1,92 milyon avro.
Antonio Konte ("Napoli") - 1,3 milyon avro.
Mikel Arteta ("Arsenal") - 1,25 milyon avro.
Luis Enrike (PSJ) - 1 milyon avro.
Vensan Kompani ("Bavariya") - 1 milyon avro.
Hans-Diter Flik ("Barselona") - 910 min avro.
Massimiliano Alleqri ("Milan") - 800 min avro.
Can Pyero Qasperini ("Roma") - 800 min avro.
Unai Emeri ("Aston Villa") - 770 min avro.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.